Olimpiya mükafatçımız​​ könüllü olaraq​​ orduya yazılıb

Olimpiya mükafatçımız​​ könüllü olaraq​​ orduya yazılıb

Azərbaycan​ boksçusu Kamran Şahsuvarlı könüllü olaraq orduya yazılıb.​ 75 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçısı​ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin​ Qaradağ rayon​ şöbəsinə yaxınlaşdığını bildirib.​ K.Şahsuvarlı hər zaman müharibəyə getməyə hazır olduğunu söyləyib: "Öz fikrimlə getdim və qeydiyyata düşdüm. Mən bunu heç bir sosial şəbəkədə paylaşmamışdım. Yəqin ki, kimsə məni tanıyıb və paylaşıb.​ Səfərbərlik olacağı təqdirdə hər zaman döyüşə getməyə hazıram".​

Qeyd edək ki, Kamran Şahsuvarlı​ Rio-2016 Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.​ ​