Triatlonçumuz qızıl medala layiq görüldü

Triatlonçumuz qızıl medala layiq görüldü

Triatlon üzrə Azərbaycan millisi koronavirus pandemiyası ilə bağlı məcburi fasilədən sonra növbəti yarışda gücünü sınayıb.

Yığmamızın üzvü Rostislav Pevtsov Olimpiya məsafəsi üzrə açıq Ukrayna çempionatında iştirak edib.
Bütün rəqiblərini qabaqlayan Azərbaycan təmsilçisi yarışın qalibi olub.
Bir müddət əvvəl R.Pevtsov sprint üzrə açıq Ukrayna çempionatında gümüş medal qazanmışdı.
Qeyd edək ki, R.Pevtsov 2019-cu ilin ən yaxşı kişi triatlonçusu seçilib.