Dünya çempionu yarış zamanı dərəyə düşdü

Dünya çempionu yarış zamanı dərəyə düşdü

Amerikalı velosipedçi Xloe Diqert İtaliyanın  İmola şəhərində keçirilən dünya çempionatındakı çıxışını uğursuzluqla başa vurub. Ötən il dünya çempionu adını qazanan 23 yaşlı idmançı sərt döngədə hərəkət edərkən tarazlığını saxlaya bilməyərək yoldan kənara çıxaraq dərəyə düşüb. İdmançını düşdüyü uçurumdan həkimlərin çıxartdığı bildirilir.
X.Diqert helikopterin köməyi ilə yaxınlıqdakı xəstəxanaya  göndərilib. Onun həyatı üçün heç bir təhlükə olmadığı bildirilir. “Bildiyimiz odur ki, onun şüuru yerindədir və o danışa bilir”, - deyə Amerika Velosiped Federasiyasından bildiriblər.