Mayk Tayson hokkeyçi ilə döyüşəcək

Mayk Tayson hokkeyçi ilə döyüşəcək


Əfsanəvi amerikalı boksçu Mayk Tayson yenidən gündəmə gəlib. 54 yaşlı dünya ulduzu Milli Hokkey Liqasının (MHL) keçmiş hücumçusu Jorj Larakla rinqə çıxmağa hazırlaşır.
43 yaşlı kanadalı sabiq hokkeyçi radioya açıqlamasında Taysonla duel üçün danışıq apardıqlarını və razılığın 75 faiz alındığını söyləyib. Tayson bundan əvvəl həmyerlisi Roy Consla noyabrın 28-də döyüşməyi planlaşdırdıqlarını açıqlayıb.
Qeyd edək ki, peşəkar karyerası ərzində 58 döyüş keçirən Mayk Tayson bunun 50-də (44-ü nokautla) qələbə qazanıb. MHL-də 752 oyunda iştirak edən Jorj Larak isə 2010-cu ildə karyerasını bitirib.