Döyüşçü süni komaya salınıb

Döyüşçü süni komaya salınıb

Həkimlər italiyalı döyüşçü Françeska Riccini yumruq davasından sonra süni koma vəziyyətinə salıblar. Bare Knuckle Fighting Championships promouşen çərçivəsindəki döyüş noyabrın 13-də keçirilib. F.Riccinin Noy Katter ilə qarşılaşmada ciddi zədə almasına baxmayaraq, o, döyüşü sona çatdırmağı bacarıb. Nəticədə Françeska Ricci üçüncü mərhələdə qələbə qazanmağa nail olub. Lakin qarşılaşmadan sonra o hospitala yerləşdirilib və ona əməliyyat olunması təyin edilib.