Maradonanın xatirəsini yad etməyən futbolçu ölümlə hədələnir

Maradonanın xatirəsini yad etməyən futbolçu ölümlə hədələnir

İspaniyanın “Viahes İnterssia” klubunun xanım futbolçusu Paula Dapena əfsanəvi futbolçu Dieqo Maradonanın xatirəsini yad etməkdən imtina etdiyinə görə, ünvanına gələn hədə-qorxulardan danışıb. “Deportivo Abanka” klubu ilə yoldaşlıq oyunu zamanı 24 yaşlı futbolçu əyləşərək, üzünü başqa tərəfə çevirib. “Sosial şəbəkələrdə olan səhifələrimi bağlamaq məcburiyyətində qaldım. Problem ondadır ki, mənə hədə-qorxu gələn insanlar mənim həmkarlarımın səhifələrini taparaq, onları təqib etməyə başlayıblar. Bizi hətta ölümlə hədələyirlər. “Mən sənin ünvanını tapıb, sənin ayaqlarını sındıracağam” kimi ismarıclar alırıq. Bu haqda yalnız instaqram izləyicilərimin məlumatı olacağını düşündüm. Lakin qısa müddətdə bu, bütün dünyaya yayıldı. Klub yoldaşlarıma gəldikdə isə heçkim mənə heçnə deməyib. Onlar hər zaman mənə hörmət ediblər və mənim fikirlərimi bilirlər”, - deyə futbolçu bildirib.