Millimizin FİFA reytinqində mövqeyi dəyişmədi

Millimizin FİFA reytinqində mövqeyi dəyişmədi

Milli komandaların FİFA reytinqi açıqlanıb. Ötən ayın cədvəli ilə müqayisədə ilin son siyahısında ciddi dəyişikliklər olmayıb.

Azərbaycan millisinin də mövqeyi dəyişməyib. Hesabat dövründə heç bir matça çıxmayan Canni de Byazinin yetirmələri 2020-ci ili 109-cu pillədə başa vurub. Estoniya ilə şərik olan yığmamızın hesabında 1180 xal var.

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində millimizin rəqibləri Portuqaliya (1662) 5-ci, Serbiya (1494) 30-cu, İrlandiya (1440) 42-ci, Lüksemburq (1235) 98-cidir. Yoxlama oyunlarında millimizlə görüşəcək Qətər 1391 xalla 58-ci sırada yer alıb.

Qeyd edək ki, Belçika (1780), Fransa (1755) və Braziliya (1743) ilk “üçlük”də, qardaş Türkiyə (1487) 32-ci sırada qərarlaşıb.