"Kortda desibel limiti olmalıdır" - Karolina

"Kortda desibel limiti olmalıdır" - Karolina

Tennis üzrə 2018-ci ildə Avstraliya Açıq çempionatının danimarkalı qalibi Karolin Voznyaski qeyd edib ki, tennis turnirlərində qışqırığın səsinə məhdudiyyətlər qoyulması daha məqsədə uyğundur.
"Kortda müəyyən bir səviyyədən yuxarı qışqıra bilməməyiniz üçün desibel limiti olmalıdır. Düşünürəm ki, bu, əla olardı; mən heç vaxt matçlar zamanı çox ucadan qışqıranlardan olmamışam. Kimsə çox ucadan qışqıranda topu eşidə bilmirsiniz. Düşünürəm ki, bu, həqiqətən də rəqibinizə müəyyən dərəcədə mane olur. Azarkeşlər də bunu eşitmək istəmirlər", -  Voznyaski «Nothing Major» podkastında bildirib.