Madrid "Real"ı 18 yaşlı yarımmüdafiəçi Franko Mastantuono klubda saxlayacaq. İnsayder Fabritsio Romanonun məlumatına görə, Mastantuononun yanvar ayında icarəyə götürülə biləcəyi ilə bağlı bütün məlumatlar həqiqəti əks etdirmir. Qeyd edək ki, "Real" argentinalı Mastantuononu bu ilin avqust ayında heyətə cəlb edib. Onun hazırkı müqaviləsi 2031-ci ilə qədərdir.
"Real" Mastantuono ilə bağlı son qərarını verib


