Həbib Nurməhəmmədov yenidən idmana qayıdır?

Həbib Nurməhəmmədov yenidən idmana qayıdır?

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov özünün instaqramdakı hesabında amerikalı MMA döyüşçüsü Castin Qetji ilə növbəti döyüşə hazırlığından video paylaşıb. Videoçarxda Həbib Nurməhəmmədovun hazırlıq prosesi keçdiyi əks olunub. "Düşünürəm ki, bu epizoda baxmaq sizə maraqlı olacaq. Hazırlıq vaxtı ən ağır anlardan biri", - idmançı çarxın rəy hissəsinə yazıb.

Qeyd edək ki, Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi oktyabrın 25-də UFC-də sonuncu döyüşünü keçirdiyini bildirib.

O, Castin Qetji ilə döyüşdən sonra karyerasını başa vurduğunu deyib. Lakin 1 ay sonra UFC-yə qayıdacağına işarə edib.