Məğlubedilməz çempion kosmosa uçacaq

Məğlubedilməz çempion kosmosa uçacaq

Boks üzrə WBC versiyası üzrə ağır çəkidə dünya çempionu Tayson Fyuri bildirib ki, kosmosa uçmağa hazırlaşır. Britaniyalı bildirib ki, bu arzunu həyata keçməsi üçün o, hər şeyə hazırdır.

«Мən Aya baxanda, hər zaman orada olmaq barədə düşünmüşəm. Bu arzumu həyata keçirmək üçün kosmik uçuşları həyata keçirən kompaniyalardan birinə müraciət etmişəm. Çox güman ki, yeni ilin ortalarında mən kosmosa uçmaq imkanı əldə edəcəm. Muraciət edənlərin sayı çox olsa da, mənim adım ilk pillələrdədi. Ümid edirəm ki, bu istəyimə tezliklə çatacağam. Səbirsizliklə həmin anı gözləyirəm», - deyə Fyuri “The Sun” nəşrinə bildirib.

Məlumat üçün bildirək ki, 32 yaşlı britaniyalı dünya çempionu karyerası ərzində 31 döyüş keçirib. O, həmin görüşlərin 30-da qalib gəlib, yalnız bir görüşdə heç-heçəyə razılaşıb.