“Odlar yurdu” komandası Avropa kubokunun final mərhələsinə yüksəlib

“Odlar yurdu” komandası Avropa kubokunun final mərhələsinə yüksəlib

Şahmat üzrə klublararası Avropa kubokunun qrup mərhələsini uğurla başa vuran Azərbaycanın qadınlardan ibarət “Odlar yurdu” komandası finala vəsiqə qazanıb. Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyevanın yer aldığı yığmamız turnirin D qrupunda mübarizə aparıb. Komandamız yarışların birinci günündə 3 görüş keçirib. Birinci turda Monakonun “Monte Karlo-3” yığmasını 4:0 hesabı ilə məğlub edən yığmamız növbəti turda “Qambit”ə (Rusiya) 3,5:0,5 hesabı ilə uduzsa da, daha sonra Belçikanın “De Pluspion Wachtebeke” komandası üzərində 2,5:1,5 hesablı qələbə qazanıb.

Turnirin ikinci günündə şahmatçılarımız 5 turda güclərini sınayıblar. Belə ki, “Bank Baden”lə (Avstriya) birinci turda heç-heçə (2:2) edən yığmamız “England Women's LiChess team” (İngiltərə, 3:1), “SK Reval-Sport” (Estoniya, 4:0), “Tbilisi İnternational Chess Academy” (Gürcüstan, 2,5:1,5), “Dnepr” (Ukrayna, 3,5:0,5) üzərində qələbə qazanıb.

Yekun nəticəyə görə, komandamız 16 xalla “Qambit”dən sonra 13 xalla ikinci pillədə qərarlaşıb.

Avropa kuboku yarışı dekabrın 22-də başa çatacaq.