Qrossmeysterimiz “Titled Tuesday Blitz” turnirində birinci oldu

Qrossmeysterimiz “Titled Tuesday Blitz” turnirində birinci oldu

Şahmat üzrə “Titled Tuesday Blitz” Qran-Prisinin mərhələ yarışında Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov birinci yeri tutub. Ş.Məmmədyarov İsveçrə sistemi üzrə keçirilən turnirin 11 turundan 9,5 toplayıb.

Qeyd edək ki, onunla eyni xalı yığan hindistanlı Raunak Sadvani ikinci, Azərbaycan şahmatçısı Eltac Səfərli isə üçüncü yeri tutublar.