Teymur Rəcəbov Levon Aronyana qalib gəldi

Teymur Rəcəbov Levon Aronyana qalib gəldi

 

Onlayn formatda blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov finalda ilk görüşlərini keçirib. 33 yaşlı qrossmeysterimiz finalda Ermənistan təmsilçisi Levon Aronyanla üz-üzə gəlib. İlk üç qarşılaşma heç-heçə ilə başa çatıb. Zəka sahibimiz sonuncu, dördüncü görüşdə qara fiqurlarla rəqibinə qalib gəlib. Beləliklə, qrossmeysterimiz 4 görüşdən sonra 2,5:1,5 hesabı ilə ilk final gününün qalibi olub.
Sabah T.Rəcəbovla L.Aronyan arasında ikinci matç keçiriləcək. Yarışın qalibi olmaq üçün şahmatçımıza  heç-heçə də kifayət edəcək.

Qeyd edək ki, turnirə yanvarın 3-də yekun vurulacaq. Yarışın ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Turnirin qalibi 60 min ABŞ dolları qazanacaq.