Arkadi Naydiç yığmamızla vidalaşdı

Arkadi Naydiç yığmamızla vidalaşdı

Qrossmeyster Arkadi Naydiçlə Azərbaycan Şahmat Federasiyası (AŞF) arasında olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə AŞF-in mətbuat xidməti məlumat yayıb. Federasiya beş il kişi şahmatçılardan ibarət milli komandada çıxış edən qrossmeysterə təşəkkür edib və gələcək karyerasında uğur arzulayıb.Qeyd edək ki, Arkadi

Naydiç 2017-ci ildə Azərbaycan yığmasının heyətində komandalar arasında Avropa çempionatında qızıl medal qazanıb.