“İkinci Qarabağ müharibəsinin Şəhid idmançıları” adlı kitab hazırlanır
BOK
06.01.2021, 16:49
Professor Dilqəm Quliyev “İkinci Qarabağ müharibəsinin Şəhid idmançıları” adlı kitabın xüsusi buraxılışını hazırlayır.
Bunun üçün İkinci Qarabağ döyüşlərində şücaət göstərmiş və qəhrəmancasına şəhid olmuş idmançıların döyüş yolundan, şəhid ailəsinin övladları barədə xatirələri, şəhidlərimizin ailəsi və keçdiyi şərəfli döyüş yolu barədə təəssüratları, fotoşəkil olmaqla Dilqəm Quliyevin elektron ünvanına göndərmələri xahiş olunur. [email protected] Tel: 050 488 60 80; 0125648337
Azərbaycan xalqının milli suverenliyi təmin edildiyi vaxtdan indiyədək ağrılı-acılı yolda idmançıların vətənpərvərlik təşəbbüsü diqqətə layiqdir.
İnsanın vətənpərvərlik hissinə malik olması ən ali əxlaqi-mənəvi məziyyətləri sırasında ilkinlərdən hesab olunur. Vətəni qorumaq, Vətən üçün yaşamaq, Vətən üçün ölmək şərəflidir! Hamımız Ana torpağın üzərində yaşayır və son mənzilmizə kimi ona da tarşırılırıq. Bu da təbiidir. Axı, Vətən anadır. Onun qədrini bilməliyik. “Dədə Qorqud”da deyildiyi kimi “Torpağı qorumadan, əkib becərməyə dəyməz”, ” Torpağı qoruyarsan Vətən olar, qorumasan kəfən.
Oğul var evdən gedər, oğul var eldən. Övlad olmaq şərt deyil, gərək vətəndaş, vətənpərvər varis olasan. Deyirlər cənnət vətəndə, ayaqlarının altında, toqquşan qılıncların kölgəsindədir.”
Vətən torpağı bizim səcdəgahımızdır, müqəddəs and yerimizdir. Əsl vətəndaş odur ki, vətənini ürəyi, canı və qanı kimi sevsin, onun hər qarış torpağı üçün özünü fəda etsin. Canını, qanını, ürəyini vətən, onun azadlığı, müstəqilliyi uğrunda qurban verən qəhrəmanlar Azərbaycan xalqının yaddaşında əbədi iz qoyub gedirlər. Biz onlara borcluyuq, biz belə oğullar yetişdirən Vətənimizə borcluyuq. Vətən təkcə torpaq deyil. Vətən bizik, hamımızıq. Onun dünəninə, bu gününə, sabahına da hamımız cavabdehik. Vətəndə doğulmaq, onun torpağında gəzmək, suyundan içmək, çörəyindən yemək hələ vətəndaş olmaq deyil. Uşaqdan tutmuş böyüyə kimi hər bir azərbaycanlı bu gün öz-özündən soruşmalıdır: "Mən vətən üçün nə etmişəm?”.
Ey Vətən övladı! Vətəndaş olmaq üçün yaxşı oxuyub, yaxşı işləyəsən, Vətəni qoruyasan. Ana südü bədənin mayasıdır, Ana dili isə ruhun qidasıdır. Azadlıqda ağacdır, amma onu gərək qanla suvarasan. Hər iki cəbhədə – öndə və arxada qəhrəman qıtlığı çəkən millət bədbəxtdir, məhkumdur. Azərbaycan xalqı o xalqlardan deyil. Təkcə birincı və ikinci Qarabağ müharibəsində Ordu sıralarına könüllü qoşulan və hərbiçi kimi vuruşan idmançı igidlər torpaqların bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar. Onlardan 5-i Azərbaycan Respublikasının Milli Qəhrəmanı, 67-si Azərbaycan Respublikasının “Vətən uğrunda” medalı və başqa fəxri adlara layiq görülmüşlər.
Birinci Qarabağ müharibəsində 1989-cu ildə arxa cəbhədə “Gənc Vətənpərvərlər Birliyi”nin ADBTİA üzrə dayaq mərkəzi sədri D.Quliyev Azərbaycanın milli qəhrəmanlarının həyatından bəhs edən fotostendlərin hazırlanmasında, həmin qəhrəmanların adına turnirlərin keçirilməsində, şəhid idmançıların ailələrinə yardımın göstərilməsində, bayram günlərinin təntənəli şəkildə qeyd edilməsində və kitabların yazılmasında yaxından köməklik göstərmişdir.
Dilqəm müəllim 1995-ci ildə birinci Qarabağ müharibəsində “Şəhid idmançılar” kitablarının I hissısini yazanda söz vermişdı ki, vaxt gələr işğal olunmuş torpaqlarımız azad olunar, onda Şəhidlərin ruhu şad olsun deyə Qarabağın qələbəsi münasibəti ilə "Şəhid idmançılar” kitabının ikinci hissəsini yazar. Allah bu günü Dilqəm müəllimə nəsib etdi. Şəhidlərimizin ruhu şad oldu.
Şəhidlərimiz torpaq uğrunda şəhidlik zirvəsinə ucalmaqla əbədilik qazandılar. Şəhidlər ölmürlər, şəhid olurlar yaşamaq üçün. Allah şəhidlərimizə rəhmət eləsin!
Vətənimizin yeni şanlı tarixi yazılır bu günlər. Son sözü Ali Baş Komandan İlham Əliyevin uzaqgörən diplomatiyasının, dünyada yüksək nüfuzunun məntiqi nəticəsi kimi Azərbaycan ordusu dedi! Fərəhli haldır ki, biz bu şanlı tarixin canlı şahidləriyik. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev də xalqa müraciətində dediyi kimi, 27 sentyabr tarixindən başlayan İkinci Qarabağ savaşı barədə çox yazılacaq, şəhidlərimizin qanı bahasına qazanılan qələbələr qələmə alınacaq.
Məhz Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətinə əsacən Dilqəm Quliyevin yeni nəşrə hazırlanan “II Qarabağ müharibəsinin Şəhid idmançıları” adlı kitab əvvəlki nəşrlərdən fərqlənəcək. İndiyə qədər çap edilən kitablarda şəhid idmançılarımız haqda ensiklopedik məlumatlar verilirdi, bu kitabda isə qələbə zəfərli şəhidlərimiz haqda məlumatları geniş şəkildə onların şəkilləri ilə veriləcək.
44 günlük müharibədə qazandığımız qələbəyə görə bundan sonra yaşadığımız ömrümüzü şəhidlərimizə borcluyuq.
Üzümüzü Şəhid valideynlərə tutub deyirik: “Şəhid anaları, şəhid ataları! Narahat dünyamızın ən müqəddəs insanları sizsiniz. Ən qeyrətli oğullarımız – torpaq uğrunda şəhid olmağı bacaran övladlar sizin südünüzlə, çörəyinizlə, tərbiyənizlə böyüyüb Vətənin dar günü üçün dayaq olublar. Qeyrətli oğullarımız tək sizin deyil, Azərbaycan xalqının övladlarıdır. Onların şərəfli adları əsrlər boyu xalqımızın hafizəsində yaşayacaqdır.
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi İkincı Vətən Müharibəsində Azərbaycan xalqı şəhidlər verərək qələbəni qazandı. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Həm birinci Qarabağ, həm ikinci Qarabağ – Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm. Yaralı soydaşlarımıza Allahdan şəfa diləyirəm. Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad etdik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq! Zəfər haqqın tərəfində oldu. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çaldıq!.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”!.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK