Milli Paralimpiya Komitəsində Vətən müharibəsi qaziləri ilə görüş keçirilib
BOK
22.01.2021, 11:20
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) və “Motivator Azerbaijan”ın birgə təşkilatçılığı ilə yeni layihəyə start verilib. Layihə çərçivəsində Vətən müharibəsinin qaziləri ilə ilk görüş keçirilib.
AMPK-dan “Olimpiya dünyası” qəzetinə verilən məlumata görə, layihənin məqsədi Vətən müharibəsi qazilərinin idmana cəlb edilməsi, gənclərimizin qarşılarına qoyduqları məqsədə doğru irəliləməsində, sağlamlıq problemlərinə və əlilliyə baxmayaraq ruhdan düşməmələri üçün dəstək olmaqdır.
Görüşdə komitənin baş katibi Kamal Məmmədov, “Motivator Azerbaijan” layihəsinin yaradıcısı Rüfət Həsənov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, AMPK-nin vitse-prezidenti və ikiqat paralimpiya çempionu İlham Zəkiyev, Azərbaycan Peşəkar Boks Federasiyasının vitse-prezidenti Fərhad Acalov iştirak ediblər.
Əvvəlcə, görüş iştirakçıları Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna xalqımıza bəxş etdiyi qələbə sevincinə görə təşəkkür ediblər. İştirakçılar Vətən
müharibəsində qazanılan tarixi qələbə münasibətilə qazilərimizi təbrik edib, rəşadətli ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq olduğunu vurğulayıblar.
İlham Zəkiyev bildirib ki, müharibə zamanı əlil olan şəxslər bu günədək də AMPK-nın milli komandalarının tərkibində iştirak edib, ölkəmizi beynəlxalq arenada böyük uğurla təmsil edirlər. Onların sırasında güllə atıcılığı idman növü üzrə komandanın baş məşqçisi Əkbər Muradov, həmin komandanın üzvü Elşən Cəbiyev, kamandan oxatma üzrə milli komandanın baş məşqçisi İlqar Abbasov kimi Qarabağ müharibəsi qazilərimiz var.
Komitənin baş katibi Kamal Məmmədov deyib ki, sağlamlıq imkanları məhdud olan qazilərimiz Paralimpiya Hərəkatına qoşularaq beynəlxalq arenada ölkəmizi təmsil edə bilərlər. O, yaxın gələcəkdə işğaldan azad edilmiş torpaqlarda, doğma Şuşamızda keçiriləcək mötəbər turnirlərdə qazilərimizin də iştirak edəcəyini və onların müharibə zamanı dalğalandırdığı şanlı bayrağımızı bir daha zirvələrə ucaldacaqlarına əmin olduğunu bildirib.
K.Məmmədov dövlətimizin başçısının tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və qazilərin sosial problemlərinin həll edilməsi üçün böyük işlər görüldüyünü və növbəti görüşlərdə nazirlik nümayəndəsinin dəvət olunacağını qeyd edib.
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov qazilərimizin idmana cəlb edilməsi ilə bağlı aparılan işləri yüksək qiymətləndirib. Qeyd edib ki, AMPK 25 il ərzində böyük uğurlara imza atıb. Gənclər və İdman Nazirliyi hər zaman olduğu kimi, bu gün də AMPK-ya dəstək verməkdə davam edir.
Komitənin güllə atıcılığı üzrə idmançısı, Aprel döyüşlərinin qazisi Elşən Cəbiyev yaralandıqdan sonra Paralimpiya hərəkatına qoşularaq xidmətini idmançı kimi arenalarda davam etdirdiyini vurğulayıb. O, Vətən müharibəsi qazilərini də Paralimpiya hərəkatına fəal qoşulmağa çağırıb.
Azərbaycan dövlətinin şəhid ailələrinə və Vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən qazilərimiz qələbəyə müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqımızın birliyi və həmrəyliyi sayəsində nail olunduğunu
vurğulayıblar. Onlar Paralimpiya Hərəkatına qoşularaq idman vasitəsilə ölkəmizi beynəlxalq arenalarda təmsil etməyə hazır olduqlarını bildiriblər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK