“Synergy Baku” komandasının velosipedsçisi 2-ci yeri tutdu

“Synergy Baku” komandasının velosipedsçisi 2-ci yeri tutdu

Malaziyada "Borneo Turu” yarışı davam edir. "Synergy Baku” komandasının velosipedsçisi "Borneo Turu”nun növbəti mərhələsində 2-ci yeri tutub. Veloyürüşün 3-cü turunda "Synergy Baku” komandasında seçilən idmançı malaziyalı Anuar Manan olub.
A.Manan yürüş zamanı 3 saat, 20 dəqiqə, 39 saniyə nəticə göstərərək ikinci yeri tutub. Ötən üç mərhələnin ümumi təsnifatına əsasən, nəticələr üzrə ən yüksək göstərici Aleksandr Surutkoviçə məxsusdur. Lakin buna baxmayaraq, Manan xal hesabının yüksək olması ilə yenə liderliyi qoruyur (44 bal) və veloyürüşün növbəti mərhələsində də yaşıl rəngli idman köynəyində yarışacaq.