Zəka sahibləri Sumqayıt birinciliyində yarışıblar  

Zəka sahibləri Sumqayıt birinciliyində yarışıblar  

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə www.chess.com internet portalında “Nizami Gəncəvi İli”nə həsr olunmuş 12 yaşınadək oğlan və qızlar arasında sürətli şahmat üzrə onlayn birincilik keçirilib. 3 dəqiqə olmaqla 9 turdan ibarət İsveçrə sistemi üzrə təşkil olunan yarışda 45-ə yaxın şahmatçı iştirak edib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən birincilikdə qızlar arasında Leyla Mirzəliyeva birinci, Fatimə Mirzəliyeva ikinci, Mədinə İmranlı isə üçüncü yeri tutublar.
Oğlanların mübarizəsində ilk üçlükdə Yunis Mahmudzadə, Rüstəm Rüstəmov və İlknur Məmmədov yer alıblar.
Yarışın qalib və mükafatçıları Gənclər və İdman Baş İdarəsinin fəxri fərman, medal və hədiyyələri ilə təltif olunublar.