Keçmiş dünya çempionu bloger ilə döyüşəcək

Keçmiş dünya çempionu bloger ilə döyüşəcək

Beş çəki dərəcəsində keçmiş dünya çempionu Floyd Meyvezer bloger Pol ilə göstəriş döyüşü keçirəcək. Qarşılaşma iyulun 5-də təşkil olunacaq. Bir müddət əvvəl F.Meyvezer şəxsi instaqram hesabında döyüşün beş şəhərdən birində (Las-Veqas, Los-Anceles, Mayami, Dallas, Atnalta) keçiriləcəyini bildirmişdi.
Qeyd edək ki, Floyd Mervezer idman karyerası ərzində heç vaxt məğlub olmayıb. Onun hesabında 50 qələbəsi var.