Taekvondo yarışının qalibləri müəyyənləşib

Taekvondo yarışının qalibləri müəyyənləşib

Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında taekvondo üzrə rayon birinciliyi keçirilib. Masallı Taekvondo Mərkəzində üç yaş qrupu üzrə təşkil edilən rayon birinciliyində uşaqlar arasında Tunar Bayramov birinci yerə layiq görülüb. Hüseyn Sadıqlı ikinci, Murad Şahverdiyev və Ramid Əsədullayev isə üçüncü yerə sahib çıxıblar.
Adıgözəl Xəlilov yeniyetmələrin yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Əli Dadaşov gümüş, Fuad Sucayev isə bürünc medala sahib olublar.
Qaliblər Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıblar.