Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı ilə dan imtahanı keçirilib.
Olimpnews.az Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ATF-nin məşq zalında təşkil olunan imtahana 18 nəfər qatılıb.
İdmançılardan 10-u I, 8-i isə II dan üzrə imtahanlarda iştirak ediblər.
İmtahan ATF-nin texniki direktoru, beynəlxalq dərəcəli referi Oh Kvanq Çeol tərəfindən keçirilib. İmtahanda qurumun baş katibi Aygül Abdullayeva da iştirak edib.
ATF-in təşkilatçılığı ilə dan imtahanı keçirilib
