Azərbaycan Taekvondo Federasiyasının (ATF) icraçı vitse-prezidenti Hikmət Səmədov Dünya Taekvondo Federasiyasının Baş Assambleyasında iştirak edib.
Bu barədə Olimpnews.az-a Azərbaycan Tennis Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Toplantı Çinin Uşi şəhərində keçirilib. Assambleyada taekvondonun gələcək inkişafı ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub.
Həmçinin 2027-ci ildə taekvondo üzrə dünya çempionatının Qazaxıstanın paytaxtı Astanada təşkil olunacağı rəsmən elan edilib.