Qrossmeysterlərimiz “New In Chess Classic” turnirində uğurla çıxış edirlər

Qrossmeysterlərimiz “New In Chess Classic” turnirində uğurla çıxış edirlər

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində dörddəbir final mərhələsinin ilk matçları keçirilib. Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üçün mərhələnin ilk matçları uğurlu olub. Ş.Məmmədyarov dörddəbir finalın ilk matçında FİDE təmsilçisi Alireza Firuzca üzərində inamlı qələbə qazanıb (3:1). Teymur Rəcəbov isə gərgin mübarizənin sonunda dünya çempionu Maqnus Karlsenlə keçirdiyi ilk matçı 2:2 hesablı bərabərliklə başa vurub.
Ümumi mükafat fondu 100 min ABŞ dolları olan turnir mayın 2-dək davam edəcək.