Naxçıvan şahmat üzrə Azərbaycan çempionatına ev sahibliyi edəcək

Naxçıvan şahmat üzrə Azərbaycan çempionatına ev sahibliyi edəcək

Bu il şahmat üzrə Azərbaycan çempionatı Naxçıvanda təşkil olunacaq.   Yarışda mayın 4-dən 18-dək kişilər, 20-dən 31-dək qadınlar mübarizə aparacaqlar. Hər iki turnir 12 şahmatçının iştirakı ilə dairəvi sistem üzrə təşkil ediləcək. Kişilər arasında Azərbaycan çempionu dünya kubokuna, qadınlar arasında qalib gələn şahmatçı isə Avropa çempionatına vəsiqə qazanacaq.