Şəhriyar Məmmədyarov ABŞ təmsilçisinə qarşı

Şəhriyar Məmmədyarov ABŞ təmsilçisinə qarşı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində bu gün ilk yarımfinal görüşlərini keçirəcək. 36 yaşlı qrossmeyster bu mərhələdə ABŞ təmsilçisi Hikaru Nakamura ilə görüşəcək.
Ş.Məmmədyarov 1/4 final mərhələsində Alireza Firuzcanı (FIDE), H.Nakamura isə Le Kuanq Lyemi (Vyetnam) mübarizədən kənarlaşdırıb.
Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov Maqnus Karlsenə uduzub. Norveçli dünya çempionu finala gedən yolda Levon Aronyana (Ermənistan) qalib gəlməyə çalışacaq.
Yarımfinal görüşləri də 2 gün davam edəcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.
Qeyd edək ki, ümumi mükafat fondu 100 min ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 min ABŞ dolları qazanacaq.