Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub
BOK
07.05.2021, 13:42
Mayın 7-də Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarının açılış mərasimi keçirilib. Əvvəlcə komandaların paradı olub. Sonra dünyasını dəyişən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onun gimnastlarımızla görüşündən bəhs edən videoçarx yayımlanıb. Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov açılış mərasimində çıxış edərək ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən uğurlu dövlət siyasətindən danışıb: “Bu gün COVID-19 pandemiyasına qarşı qlobal səviyyədə aparılan ciddi mübarizə şəraitində dünya kuboku yarışlarının ölkəmizdə keçirilməsinə razılıq verən Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevə və ölkəmizdə gimnastikanın inkişafında əvəzsiz xidmətləri olan Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Azərbaycanda idmanın inkişafı istiqamətdə aparılan uğurlu dövlət siyasəti səmərəli bəhrəsini verir. Ölkədə fəaliyyət göstərən idman qurumları - Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri vahid siyasət çərçivəsində ümumi işə xidmət edirlər. Azərbaycan Gimnastika Federasiyası da ölkəmizin ən fəal idman qurumlarından biri kimi uğurla fəaliyyət göstərir. Federasiyanın inkişaf etdirdiyi idman növlərində əldə olunan nəticələr bunu bir daha təsdiqləyir”. İ.İsmayılov qeyd edib ki, hazırda gimnastika dünyada öndə gedən idman növlərindən biridir. Dünyada təşkil olunan idman yarışlarında Azərbaycan gimnastları müxtəlif əyarlı medallar qazanıb və onlara göstərilən etimadı layiqincə doğruldublar. Bu günlərdə batut və tamblinq üzrə Avropa çempionatında çıxış edən idmançılarımızın qazandıqları 1 gümüş və 2 bürünc medal buna parlaq nümunədir. Əldə olunan uğurlu nəticələr ölkəmizdə mötəbər idman yarışlarının yüksək səviyyədə keçirilməsinə möhkəm zəmin yaradıb. Bu gün start götürən dünya kubokunun ardınca aerobika gimnastikası üzrə dünya yaş qrupları və dünya çempionatının Bakıda keçirilməsi barədə qərarın qəbulu da ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun göstəricisidir. Azərbaycanın dövlət himni səsləndirildikdən sonra dünya kuboku yarışları açıq elan olunub. Mayın 9-dək davam edəcək kubok yarışları Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır. Yarışın ilk iki günündə təsnifat mərhələləri baş tutacaq və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandaları final mərhələsinə adlayacaq. Turnirin sonuncu günündə isə final mərhələsinin qalibləri müəyyənləşəcək. Qeydiyyat siyahısına əsasən, kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olan 167 gimnast iştirak edir. Azərbaycanı yarışda Yay Universiadasının gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının qalibi, Olimpiya Oyunlarına lisenziya qazanmış Zöhrə Ağamirova, gənclər arasında dünya çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova, eləcə də son Avropa çempionatının üçqat medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış qrup hərəkətləri komandası təmsil edir. Ənənəyə uyğun olaraq, kubok yarışlarında ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK