Dünya çempionumuz Tokio Olimpiadasına lisenziya qazandı

Dünya çempionumuz Tokio Olimpiadasına lisenziya qazandı

Xəbər verdiyimiz kimi, Fransanın paytaxtı Parisdə boks üzrə Avropa Olimpiya təsnifat turniri keçirilir. Yarışda ölkəmizi kişilərdən ibarət millimizin heyətində Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (91 kq), Məhəmməd Abdullayev (+91 kq) təmsil edirlər.
Qadınlardan ibarət yığmanın heyətində isə Məhsəti Həmzəyeva (57 kq) və Aynur Rzayeva (75 kq) mübarizə aparırlar.
Turnirdə çıxış edən dünya çempionumuz Cavid Çələbiyev səkkizdəbir finalda irlandiyalı boksçu Corc Batesi məğlub edərək dörddəbir finala vəsiqə qazanıb. Boksçumuz 1/4 finala yüksəlməklə həmçinin Tokio Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib.
Xatırladaq ki, buna qədər yığmamızın üzvü Tayfur Əliyev Tokio-2020-yə lisenziya qazanıb.