Daha iki karateçimiz gənclərin Karate1 Liqa yarışında medal qazanıb

Daha iki karateçimiz gənclərin Karate1 Liqa yarışında medal qazanıb

Uşaq, yeniyetmə və gənclərdən ibarət yığma komandalarımız Kiprin Limassol şəhərində gənclərin Karate1 Liqa yarışında uğurla çıxış edirlər. 16-17 yaşlı gənclər arasında keçirilən qarşılaşmalarda karateçilərimizdən Fərid Savadov (55 kq) qızıl, Nicat Kərimli (61 kq) bürünc medal qazanıblar.
Bundan əvvəl isə 14-15 yaşlı idmançılar arasında görüşlərdə karateçilərimizdən Salman Salmanov və Ramilə Heydərova (hər ikisi kata) bütün rəqiblərini üstələyərək qızıl medal əldə ediblər. Mehralı Məmmədov (+70 kiloqram) gümüş, Amin Yadigarlı (52 kq) və Aysu Əliyeva (47 kq) isə bürünc mükafata sahib olublar.
Dünya Karate Federasiyasının (WKF) rəsmi turnirlərindən olan yarışda Azərbaycanın 32 karateçisi iştirak edir. İyunun 4-də start götürən və üç gün davam edəcək turnirdə ümumilikdə 37 ölkədən 760 idmançı mübarizə aparır.