Boksçularımız Avropa Olimpiya Təsnifat Turnirini 3 medalla başa vurdular

Boksçularımız Avropa Olimpiya Təsnifat Turnirini 3 medalla başa vurdular

Azərbaycan boksçusu Alfonso Dominges Fransada keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin qalibi olub.
81 kq çəki dərəcəsində mübarizə aparan idmançı döyüşə çıxmadan çempion tituluna yiyələnib.
Buna rəqibi – Benjamin Uitakerin (Böyük Britaniya) final qarşılaşmasından imtina etməsi səbəb olub.
Beləliklə, Avropa Olimpiya Təsnifat Turniri yığma üçün başa çatıb. Yarışı Alfonso Dominqes qızıl, Lorenzo Sotomayorla (69 kq) Məhəmməd Abdullayev (+91 kq) bürünc medalla bitirib. Boksçularımız fəxri kürsüdə yer almaqla yanaşı, Tokio Olimpiadasına da lisenziya qazanıblar.
Həmçinin onlarla yanaşı, Tayfur Əliyev (57 kq) və Cavid Çələbiyev (63 kq) də olimpiadaya lisenziya əldə ediblər.
Tokio-2020-yə 5 vəsiqə qazanan milli yalnız Böyük Britaniya və Rusiya Olimpiya Komitəsindən geri qalıb. Bu iki ölkə 7 lisenziya qazanıb. Ümumilikdə isə turnirdə 18 ölkənin təmsilçiləri Tokio Olimpiadası üçün lisenziyaya sahib çıxıb.