Yeniyetmə qızlar Avropa çempionatında iştirak edəcəklər

Yeniyetmə qızlar Avropa çempionatında iştirak edəcəklər

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir. İyunun 16-da qitə birinciliyində qızların yarışına start verəcək. Həmin gün 43, 49, 57, 65 və 73 kq-da çıxış edən yeniyetmələr xalça üzərinə çıxacaq. İyunun 17-də isə 40, 46, 53, 61 və 69 kq-dakı qızlar mübarizəyə qoşulacaq.
Məsul yarışda ölkəmizi 6 qız güləşçi təmsil edəcək. Yeniyetmə və gənclərdən ibarət millimizin böyük məşqçisi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Elvina Kərimzadə (43 kq), Zenfira Həşimova (46 kq), Ruzanna Məmmədova (49 kq), Əsmər Canqurtaran (52 kq), Jasmin Əsgərova (57 kq) və Fatimə İsayeva (61 kq) uğur qazanmağa çalışacaq.