Tokio-2020: nümayəndə heyətlərində say dəyişir

Tokio-2020: nümayəndə heyətlərində say dəyişir

Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarına yollanacaq nümayəndə heyətlərinin ümumi sayı 53 min nəfərədək azaldılacaq.
Bu barədə Oyunların Təşkilat Komitəsinin rəhbəri Seyko Hasimoto açıqlama verib. Öncədən Tokio-2020-də heyət sayının 180 min nəfər olacağı güman edilib. Sonradan Yaponiya tərəfi koronavirusun yayılması səbəbindən rəqəmdə dəfələrlə düzəliş edib.