Tokio Olimpiadasına rəsmi yolasalma mərasimi keçirilməyəcək

Tokio Olimpiadasına rəsmi yolasalma mərasimi keçirilməyəcək

“Tokio Olimpiadası digər yarışlardan fərqlənəcək. Bu dəfə hansısa çarter reysi təşkil edə bilməyəcəyik. Bu da pandemiya şəraitindən irəli gələn məsələlərlə əlaqədardır”.

Bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezident Çingiz Hüseynzadə Tokio-2020 Yay Olimpiya Oyunlarına həsr edilmiş iclas zamanı deyib.

O, budəfəki olimpiadada rəsmi yolasalma mərasiminin olmayacağını bildirib. “Dünən cənab Prezidentlə danışdım. Rəsmi yolasalma mərasimi keçirilməyəcək. Cənab Prezident televiziya vasitəsilə ilə olimpiyaçılarımıza müraciət edəcək. Yolasalma bu vasitə ilə həyata keçiriləcək”, - deyə Çingiz Hüseynzadə qeyd edib.