Güləşçimiz 1/4 finalda mübarizəni dayandırdı

Güləşçimiz 1/4 finalda mübarizəni dayandırdı

Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı keçirilir. Üçüncü yarış günündə çəkisi 50 kq, 55 kq, 59 kq, 68 kq və 76 kq olan qızlar mübarizəyə qoşulublar.
Xanım güləşçilərimizdən Firuzə Məcidova ilk mərhələdə Belarus güləşçisinə məğlub olub.​ 
Komandamızın digər üzvü, Nigar Mirzəzadə isə ilk görüşdə xorvatiyalı rəqibi üzərində inamlı qələbə qazanıb. Lakin həmyerlimiz 1/4 finalda belaruslu idmançıya uduzub.