Albert Aqarunovun xatirəsinə keçirilən şahmat turniri başa çatıb

Albert Aqarunovun xatirəsinə keçirilən şahmat turniri başa çatıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib. Beynəlxalq reytinqli turnirdə 60-a yaxın şahmatçı iştirak edib. Yekun nəticələrə görə, 6,5 xal toplayan Fərrux Əsədov turnirin qalibi olub. İkinci yeri Murad Xəlilzadə, üçüncü yeri isə Məhəmməd Novruzov tutublar.
Turnir İsveçrə sistemi üzrə keçirilib və 7 turdan ibarət olub.