Çingiz Hüseynzadə: “İnanıram ki, həm güləşdə, həm də karatedə kifayət qədər medal qazanacağıq”
BOK
31.07.2021, 13:02
"Təəssüf ki, güləşçilərimiz Yaponiyaya tam heyətlə gəlməyiblər. Burada cəmi 7 güləşçimiz var. Onların hər biri medal qazanmağa namizəddirlər. Bundan başqa, 3 karateçimiz də medal qazanmağa layiqdir. İnanıram ki, həm güləşdə, həm də karatedə kifayət qədər medal qazanacağıq".
Bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan idmançılarının Tokio-2020 Yay Olimpiya Oyunlarında medal qazanmaq şansları barədə danışarkən deyib.
O, gimnastlardan da uğur gözlədiyini bildirib: "Onların çıxışı hələ qabaqdadır. Gimnastlarımız da güclüdür. Qrup yarışlarında müəyyən uğurlar qazana bilərlər. Başqa idman növlərində də yarışlar davam edir. Atletlər hələ başlamayıblar. Atıcılıq üzrə yarışımız var. Bu gün olimpiadanın birinci yarısı başa çatır. Bizim uğurlarımız Oyunların ikinci yarısında olub. Azarkeşlərimiz, tamaşaçılarımız bilirlər ki, yarışın son 2-3 günündə Azərbaycan hər zaman medallar qazanıb. Bu, Pekində də, Londonda da, Rioda da belə olub. İnanırıq ki, bu olimpiadanı da müsbət nəticələrlə yola salacağıq". Ç.Hüseynzadənin sözlərinə görə, pandemiya şəraitində idmançıların hazırlıq keçməsi çətin olub: "Pandemiya həyatımızın hər sahəsinə olduğu kimi, idmana, idmançıların hazırlığına da çox böyük təsir göstərib. Bir tərəfdən, idmançıların da narazılıq etməyə haqqı çatır. Lakin bu narazılıq Gənclər və İdman Nazirliyinə və ya Milli Olimpiya Komitəsinə deyil, pandemiyaya qarşıdır. Ola bilər, hazırlıq üçün vaxt çox az olub. Yaxud da yarışlar çox az olub. Təkcə bizdə yox, dünyanın hər yerində yarışların bir qismi keçirilmədi. Ona görə də lisenziya şansı az oldu. Buna baxmayaraq, imkan daxilində idmançıların hazırlığı üçün müəyyən şərait yaradaq. Məsələn, cüdoçularımız təlim-məşq toplanışı üçün Tokioya gəlmək istəyirdilər, amma mümkün olmadı, icazə vermədilər. Digər idmançılarımızın fərqli yerlərdə hazırlıq keçməsi də alınmadı. Obyektiv səbəblər çoxdur. İdmançıları da, dövlət strukturlarını da qınamaq istəmirəm. Şərait belə gətirib. Hər birimiz üçün ağır dövr olub". MOK-un vitse-prezidenti deyib ki, tamaşaçıların idmançılara azarkeşlik etməsi onlara dəstəkdir: "Azərbaycandan Yaponiyaya birbaşa dəstək bir az real görünmür. Amma onların yarışları izləməsi, idmançılarımıza azarkeşlik etməsinin özü də bir dəstəkdir. O ki qaldı idmançılara xoş sözlər deyilməsinə, bu, hər kəsin öz xarakterindən lazımdır. Elə idmançı var ki, ona xoş söz lazımdır. Eləsi var ki, onu danlamaq lazımdır. Hər birinə fərdi münasibət bəsləmək lazımdır. Yenə də inanıram ki, idmançılarımız yarışdan üzüağ və alnıaçıq qayıdacaqlar".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK