Tokio Olimpiadasında güləş yarışları davam edir. Güləş yarışlarının ikinci günündə daha bir pəhləvanımız xalça üzərinə çıxıb. Klassiklərin yarışında İslam Abbasov (87 kq) qüvvəsini sınayıb. İdmançımız 1/8 finalda kubalı Daniel Heçavarria ilə üz-üzə gəlib.
Təssüf ki, güləşçimiz ilk görüşdə rəqibinə 1:3 hesabı ilə məğlub olub. İdmançımızın məğlub olduğu Daniel Heçavarria növbəti mərhələdə misirli Məhəmməd Metvalli ilə qarşılaşıb. Görüşdə xorvatiyalı güləşçinin məğlub olması İslam Abbasovun təsəlliverici görüşlərdə iştirak etmək şanslarının üstündən xətt çəkib. Beləliklə, pəhləvanımız Tokio-2020-də mübarizəni dayandırıb.