İsmayıl İsmayılov: “Mən hamını idmançılarımızı qorumağa, onların mübarizəsinə kölgə salmamağa çağırıram”
BOK
05.08.2021, 18:50
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Tokioda keçirilən Yay Olimpiya Oyunları barədə fikirlərini “Olimpiya dünyası” qəzeti ilə bölüşüb. “Olimpiya Oyunları dünyanın ən böyük idman tədbiri hesab olunur və bu oyunlarda müxtəlif beynəlxalq yarışlarda lisenziya qazanmış güclü idmançılar mübarizə aparır. Ümumiyyətlə, Olimpiya Oyunlarında zəif rəqib olmur. Bəzən yüksək rəqabət nəticəsində hansısa idmançının zəif çıxış etməsi onun hazırlıqsız olduğu təəssüratı yaradır. Belə ki, çox böyük ümid bəslənilən idmançılar mükafatçılar sırasında yer ala bilmir. Tokio Yay Olimpiya Oyunlarında da belə hallar baş verdi. Bu da Oyunlarda olan mühitdən, pandemiyanın təsirindən, idmançının şəxsi problemlərindən asılı ola bilər. Çünki idmançının psixoloji vəziyyətinin tam yüksək səviyyədə olması çox önəmli bir faktordur. Qeyd etmək istəyirəm ki, bütün dünya, həmçinin də ölkəmiz hazırda çətin bir dövr yaşayır. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və federasiyalar tərəfindən idmançıların təlim-məşq toplanışları daim vaxtlı-vaxtında keçirilib və idmançıların hazırlığı diqqət mərkəzində saxlanılıb. Məlumdur ki, idmançılarımızın bəziləri ilk qarşılaşmalarda qələbə qazansalar da, növbəti görüşlərdə məğlub oldular. Bu, hesab edirəm ki, daha çox psixoloji amillərlə bağlıdır. Həm Olimpiya Oyunlarının vaxtının dəyişdirilməsi, həm də pandemiya ilə bağlı gərginlik çətin psixoloji vəziyyət yaratmışdı. Lakin bu dediklərim böyük ümid bəslədiyimiz idmançılarımıza qələbə qazanmaq üçün mane olmamalı idi.Yəni təsadüfi idmançılar Olimpiya Oyunlarına lisenziya qazana bilməz. Onlar beynəlxalq yarışlarda həm fiziki, həm də psixoloji güclərini sübüt edərək, bu oyunlara lisenziya əldə edirlər. Olimpiya Oyunlarının hər zaman idmançıya təsir edən görünən və görünməyən tərəfləri olur. Nazir müavini idmançıların məğlubiyyətləri barəsində danışarkən maraqlı məqamlara da toxunub.
“Bəzən idmançı püşkatma zamanı dünyanın ən güclü idmançıları ilə mübarizə aparacağını biləndə keçirdiyi həyəcan onun enerjisinin azalmasına səbəb olur. Təbii ki, bu da idmançının məğlub olmasına gətirib çıxarır. Bir sözlə, Olimpiya Oyunlarında rəqabət, məsuliyyət və həyəcan digər yarışlardan daha yüksəkdir. Belə ki, idmançı 4 il ərzində gecə-gündüz məşq edir və bir gündə onun bütün əziyyəti müsbət və ya mənfi tərəfdən nəticələnir. Buna görə də, pandemiya şəraitinə baxmayaraq, idmançılarımızın təminatı dövlətimiz tərəfindən yüksək səviyyədə həyata keçirilib. Məhz bu səbəbdən də, təmsilçilərimizin Tokio-2020 oyunlarında zəif çıxışları onlara heç bir halda bəraət qazandırmır. Məsələn, hər birimiz Olimpiya mükafatçısı taekvondoçu Milad Beigi Herçeganiyə böyük ümidlər bəsləyirdik. Amma təəssüf ki, bilmədiyimiz səbəblərə görə o, ümidlərimizi doğrultmadı. Lakin nəzərə almaq lazımdır ki, idmançının hazırlıq dövrü var, o dövrü keçdikdən sonra orqanizmdə maddələr mübadiləsi pozulur və bu da müəyyən zəifləmələrə gətirib çıxarır. Bəzən idmançının rəqibi dünyanın ən güclü atleti olur. Bu zaman mübarizənin tempinin yüksək olması idmançıdan daha çox enerji alır, çox enerjinin sərf olunması isə təbii ki, növbəti görüşdə özünü biruzə verir və nəticədə idmançı məğlubiyyətlə üzləşir. Tokio Yay Olimpiya Oyunlarında atletlərimiz hələlik 3 bürünc medal qazanıblar. Qarşıdakı günlərdə güləş, karate və gimnastika idman növlərində atletlərimiz qələbə uğrunda mübarizə aparacaqlar. Güləş və karate idman növlərində xüsusilə güclü atletlərimiz çıxış edəcəklər. Onların medal qazanmaq, çempion olmaq şansları böyükdür. Ümid edirəm ki, Olimpiadanın son günlərinə təsadüf edən bu yarışlarda idmançılarımız xalqımızı sevindirərək daha yüksək əyyarlı medallar qazanacaqlar. Mən hamını qalib gələn və məğlub olan idmançılarımızı qorumağa, onların qələbə üçün apardıqları mübarizəyə kölgə salmamağa çağırıram. Bu gün qalib gələn sabah məğlub, məğlub olan isə qalib gələ bilər”, - deyə İsmayıl müəllim bildirib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK