Badmintonçularımız birinci MDB Oyunlarında üç kateqoriya üzrə finalda çıxış edəcəklər

Badmintonçularımız birinci MDB Oyunlarında üç kateqoriya üzrə finalda çıxış edəcəklər

Badmintonçularımız Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında 3 kateqoriya üzrə finalda çıxış edəcəklər.
Oğlanların şəxsi yarışında yarımfinalda Rusiya təmsilçisi Georgiy Lebedevə 2:1 hesabı ilə qalib gələn badmintonçumuz Diki Pangestu finalda Qazaxıstan təmsilçisi Dmitriy Panarinlə qarşılaşacaq.
Qızların şəxsi yarışında yarımfinalda Belarus idmançısı Marina Yanbayevaya 2:0 hesabı ilə qalib gələn Era Maftuha həlledici qarşılaşmada Mariya Qolubeva (Rusiya) ilə üz-üzə gələcək.
Oğlanların qoşa yarışında yarımfinalda Rusiyanı təmsil edən Amir Hamidulin-Pavel Moniç cütü üzərində 2:1 hesablı qələbə qazanan Diki Pangestu-Məhəmməd Xədafi tandemi finalda Georgiy Lebedev-Lev Barinov (Rusiya) qoşası ilə görüşəcək.
Final görüşləri Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qarışıq-qoşa yarışda yarımfinalda Pavel Moniç-Regina Qaliaxmetova (Rusiya) cütünə 0:2 hesabı ilə uduzan Aqil Qəbilov-Era Maftuha tandemi müvafiq kateqoriyada bürünc medal qazanıb.
Xatırladaq ki, daha əvvəl yeniyetmə və gənc badmintonçularımızdan ibarət millimiz komanda yarışında gümüş medal qazanıb.