"Qarabağ"ın Çempionlar Liqası macərası başa çatdı

"Qarabağ"ın Çempionlar Liqası macərası başa çatdı

Azərbaycanın "Qarabağ" klubu qitənin ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb. 

Olimpnews.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin cavab oyununda İngiltərədə "Nyukasl"ın qonağı olub. Ağdam təmsilçisi "Sent-Ceyms Park" keçirilən oyunda meydandan 3:2 hesablı məğlubiyyətlə ayrılıb. 

Mtçda hesab 5-ci dəqiqədə açılıb. Sandro Tonali meydan sahiblərini hesabda irəli çıxarıb. Bir dəqiqə sonra Joelinton fərqi iki topa çatdırıb. Matçın ikinci hissəsinin əvvəllərində "Qarabağ" buraxılan toplardan birinin əvəzini çıxıb. "Köhlən atlar"ın heyətində Kamilo Duran fərqlənib. Lakin bir dəqiqə sonra İngiltərə təmsilçisi Sven Botmanın sayəsində fərqi yenidən artırıb. Matçda son qolu isə 57-ci dəqiqədə "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev vurub. Bu komandalar arasında Bakıda keçirilən ilk oyunda "Nyukasl" klubu 6:1 hesablı qələbə qazanıb. 

Beləliklə, "Qarabağ" klubu iki oyunun nəticəsinə görə 9:3 hesabı ilə "Nyukasl"a məğlub olaraq Çempionlar Liqası ilə vidalaşıb.