Anım gününə həsr olunmuş yeniyetmə və gənclər arasında şahmat turniri keçirilib

Anım gününə həsr olunmuş yeniyetmə və gənclər arasında şahmat turniri keçirilib

Sentyabrın 27-də “Təhsil” Respublika İdman Mərkəzinin 4 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin Anım gününə həsr olunmuş yeniyetmə və gənclər arasında şahmat turniri keçirilib. Turnir 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək 44 günlük Vətən muharibəsində həyatlarını itirən əziz şəhidlərin xatirəsini yad etmək, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasını təbliğ etmək məqsədi ilə keçirilib. Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və 44 günlük Vətən müharibəsində Müzəffər ordumuzun qazandığı uğurlardan, hərbçilərimizin şücaəti barədə yarış iştirakçılarına ətraflı məlumat verilib. Şahmat turniri əsasnaməyə uyğun olaraq İsveçrə sistemi ilə 9 turdan ibarət 5 qrupda keçirilib. Sentyabrın 13-21-də "Təhsil" Respublika İdman Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin turnir zalında kecirilən yarışda qaliblərin adlarına aydınlıq gəlib.

Turnirin A qrupunda 30 (24 oğlan, 4 qız) zəka sahibi iştirak edib. Yarışda birinci yeri Nihad Fərəcov, ikinci yeri Hüseyn Baxşıyev, üçüncü yeri isə Rəsul Dünyamalıyev tutub.

30 (23 oğlan, 7 qız) şahmatçının iştirak etdiyi B qrupunda isə qalib adını Fərəc Fərəcov qazanıb. Yusif Məmmədli ikinci, Rza Kərimov isə üçüncü yerə sahib çıxıb.

Turnirin C qrupunda 39 (31 oğlan, 8 qız) zəka sahibi yarışıb. Gərgin mübarizə şəraitində keçən yarışda Talib Tağıyev birinci yerə layiq görülüb. Kənan Şirinov ikinci, İbrahim Abbasov isə üçüncü olub.

28 (25 oğlan, 3 qız) şahmatçının mübarizə apardığı D qrupunda ilk üçlükdə Cahid Mura, Vaqif Həmzəyev, Xalid Suleymanov yer alıb.

Turnirin E qrupunda isə 26 (25 oğlan, 1 qız) zəka sahibi iştirak edib. Onlardan Əhməd Hüseynov bütün rəqiblərini üstələyərək çempion adını qazanıb. Suat İbrahimli və Rəşad Qənizadə isə müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar.  

Mükafatalayiq yerlər tutan şahmatçılar diplom, medal, kubok və xatirə hədiyyələri ilə təltif olunublar.

Anım gününə həsr olunmuş yeniyetmə və gənclər arasında şahmat turniri keçirilib Anım gününə həsr olunmuş yeniyetmə və gənclər arasında şahmat turniri keçirilib Anım gününə həsr olunmuş yeniyetmə və gənclər arasında şahmat turniri keçirilib Anım gününə həsr olunmuş yeniyetmə və gənclər arasında şahmat turniri keçirilib Anım gününə həsr olunmuş yeniyetmə və gənclər arasında şahmat turniri keçirilib