Bodibildinqçilərimizin Santa-Susanna zəfəri

Bodibildinqçilərimizin Santa-Susanna zəfəri

Bodibildinq üzrə Azərbaycan milli komandası İspaniyanın Santa-Susanna şəhərində keçirilən dünya çempionatında 3 medal qazanıb. Çempionatda açıq “Muscular Mens Physique” kateqoriyasında çıxış edən Rasim Həsənov gümüş medala sahib olub. “Mens Physique” kateqoriyasında hündürlüyü 179 santimetrədək olan idmançıların yarışında təmsilçimiz Əli Qurbanlı üçüncü yeri tutub. Bodibildinq yarışlarında 100 kiloqram çəki dərəcəsində çıxış edən Fuad Quluzadə isə dünya çempionatının bürünc medalına sahib olub.