Avropa çempionatında uğurlu nəticə 

Avropa çempionatında uğurlu nəticə 

Oktyabrın 17-18-də Slovakiyanın Samorin şəhərində keçirilən natural bodibildinq və fitnes üzrə Avropa çempionatı keçirilib. 
INBA Qlobal Azərbaycan birliyinin mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, yarış Azərbaycan komandası üçün uğurlu olub. 
Çempionatda "Physically challenged" kateqoriyada Elsəvər Allahverdiyev bürünc medlala sahib olub.
Milli komandamızın atleti Xudadar Həmidov “Mens Sport Model”  kateqoriyada birinci yerə layıq görülüb. Xudadar Həmidov “Mens Athletic, Open” və “Classic physique Novice” kateqoriyalarında da bürünc medala sahib olub. Həmçinin, “Mens athletic” kateqoriyada “Pro Card”a sahib olaraq peşəkar liqaya vəsiqə qazanıb.
“Classic physique Novice” kateqoriyada mübarizə aparan digər atletimiz Qalib Mirzəyev finala yüksələrək dörüncü yerə layiq görülüb. Komandamızın digər üzvləri Nihad Qaracayev və Ağasəf Məmmədov “Mens physique” kateqoriyada yarımfinalda mübarizəni dayandırıblar.
Ümumilikdə komandamız aktivinə 1 qızıl, 3 bürünc və 4 həvəsləndirici medal yazdırıb. 
Qeyd edək ki, INBA Qlobal Azərbaycan və lNBA Qlobal Avrasiya birliyinin prezidenti, beynəlxalq dərəcəli idman ustası və hakim Elnur Şıxəliyev Avropa çemoionatında ölkəmizi hakim kimi təmsil edib.

Avropa çempionatında uğurlu nəticə  Avropa çempionatında uğurlu nəticə  Avropa çempionatında uğurlu nəticə  Avropa çempionatında uğurlu nəticə