Bodibildinqçilərimiz Santa-Susannada 2 medalla qayıdırlar

Bodibildinqçilərimiz Santa-Susannada 2 medalla qayıdırlar

İspaniyanın Santa-Susanna şəhərində bodibildinq üzrə dünya çempionatı keçirilib. Yarışda iştirak edən Azərbaycan idmançıları 2 medala sahib olublar. Komandamızın heyətində “Masters” kateqoriyasında çıxış edən Vüqar Verdiyev (90 kq) gümüş medala layiq görülüb. 
“Men’s Physique” kateqoriyasında boyu 182 santimetr olan idmançıların yarışında mübarizə aparan Əli Qurbanlı isə bürünc medal qazanıb. 
Bodibildinq yarışlarında çıxış edən Fuad Quluzadə (100 kq) beşinci, Nizami Misirov (85 kq) səkkizinci, “Men’s Physique” kateqoriyasında mübarizə aparan Fövqi Əfəndiyev isə beşinci olublar.
Qeyd edək ki, V.Verdiyev bu il Avropa çempionatında gümüş medal qazanıb. Ə.Qurbanlı ötən il dünya çempionatında bürünc mükafat əldə edib, bu il isə qitə birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.