Məşhur tennisçilər raketkalarını satırlar

Məşhur tennisçilər raketkalarını satırlar

Məşhur tennisçilər öz raketkalarını xeyriyyə məqsədi ilə satışa çıxarıblar. Daniil Medvedev, Andrey Rublyov, Viktoriya Azarenka, Simona Halep və digər tennisçilərin iştirak etdiyi aksiyadan əldə olunan gəlir xərçəng xəstəliyindən əziyyət çəkən məşqçi Kristiana Şnayderin müalicəsinə xərclənəcək.
Xatırladaq ki, K.Şnayder məşhur Xorvatiya raket ustası Borna Çiliçin sabiq məşqçisi olub. K.Şnayder 2 il əvvəl səhhətində problemlər səbəbindən müalicəyə başlasa da, bir müddət əvvəl qarın nahiyəsindəki kəskin ağrılar nəticəsində xəstəxanaya yerləşdirilmişdi. Müayinə nəticəsində onun qaraciyərində xərçəng xəstəliyi aşkarlanıb.