Zəka sahibimizdən növbəti qələbə

Zəka sahibimizdən növbəti qələbə

İtaliyada şahmat festivalı davam edir. Yarışın A turnirində Azərbaycan şahmatçıları da mübarizə aparırlar. 30-u qrosmeyster olmaqla, 124 şahmatçının iştirak etdiyi A turnirində zəka sahibimiz Ülviyyə Fətəliyeva növbəti qarşılaşmasını keçirib. Şahmatçımız beşinci turda qələbə qazanıb. Bu qələbə sayəsində aktivindəki xalların sayını 3,5-ə çatdıran zəka sahibimiz 12-28-ci yerləri bölüşür. Digər şahmatçımız Gövhər Beydullayeva isə komanda yoldaşından fərqli olaraq turu məğlubiyyətlə başa vurub. Şahmatçımız  2,5 xalla 57-ci pillədədir.
İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.