Bir qələbə, bir heç-heçə

Bir qələbə, bir heç-heçə

İtaliyada "Vergani Cup" şahmat festivalı davam edir. Turnirdə azərbaycanlı zəka sahibləri də mübarizə aparırlar. Yarışın altıncı turunda şahmatçılarımızdan  Gövhər Beydullayeva kanadalı Daniel Vibeyə qalib gəlib. Ötən turu qələbə ilə başa vuran digər zəka sahibimiz Ülviyyə Fətəliyeva isə bu dəfə isveçli rəqibi Milton Pantzarla heç-heçə edib. 
Altı turdan sonra Ülviyə Fətəliyevanın aktivində  4 xal var. Şahmatçımız bu nəticə ilə turnir cədvəlinin 26-cı pilləsində qərarlaşıb. Hesabında 3,5 xal olan Gövhər Beydullayeva isə 44-cü sıradadır. Turnir cədvəlinə ktivində 5 xalı olan iranlı şahmatçı Amin Tabatabayi başçılıq edir.