Məğlubedilməz boksçu yenidən rinqə çıxacaq

Məğlubedilməz boksçu yenidən rinqə çıxacaq

BOK

08.01.2022, 13:11

Beş çəki dərəcəsi üzrə amerikalı keçmiş dünya çempionu Floyd Meyvezer fevralın 20-də Dubayda sərgi döyüşü keçirəcək. Nümayiş xarakterli döyüşdə idmançının rəqibi hələlik müəyyənləşməyib.  “Döyüş fevralın 20-də keçiriləcək. Biz hələ ki rəqib seçməmişik. Amma səbirsizliklə həmin günü gözləyir və cəlbedici döyüş alınacağına ümid edirəm”, - deyə 44 yaşlı F.Meyvezer bildirib. Xatırladaq ki, karyerasını 2017-ci ildə bitirən Meyvezerin hesabında 50 qələbə var.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR