Qrossmeysterimiz Veyk-an-Zee turnirində qələbə sayəsində liderliyə yüksəldi

Qrossmeysterimiz Veyk-an-Zee turnirində qələbə sayəsində liderliyə yüksəldi

BOK

21.01.2022, 11:52

Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat superturniri keçirilir. Yarışda ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov yarışın beşinci turunda niderlandlı Jorden Van Forrest ilə qarşılaşıb. Görüş qrossmeysterimizin qələbəsi ilə başa çatıb. Şahmatçımız bu qələbə ilə xalların sayını 3,5-ə çatdıraraq liderliyə yüksəlib. Qeyd edək ki, 14 şahmatçının mübarizə apardığı və dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir.

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR