Qrossmeysterimiz Veyk-an-Zee turnirində ikinci yeri tutdu

Qrossmeysterimiz Veyk-an-Zee turnirində ikinci yeri tutdu

Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən “Tata Steel Chess” turnirinə yekun vurulub. Yarışda ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov sonuncu turda ABŞ-dan olan Fabiano Karuana ilə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan Ş.Məmmədyarov 13-cü gedişdə heç-heçəyə razılaşıb. Bu nəticədən sonra xallarını 8-ə çatdıran Azərbaycan təmsilçisi yarışı ikinci pillədə başa vurub. Qrossmeysterimiz kimi 8 xal toplayan macarıstanlı şahmatçı Rixard Rapport üçüncü yeri tutub. 9,5 xala malik norveçli dünya çempionu Maqnus Karlsen isə yarışın qalibi adını qazanıb.